Türkiyənin tanınmış müğənnisi Kalben “Dərdimin çiçəyi” mahnısına klip çəkdirib.
AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, söz və musiqisi özünə aid olan “Dərdimin çiçəyi"nin video klipinin rejissor masasında da müğənninin özü oturub.
Klipdə Kalbenin günlük həyatından hissələr də yer alıb.
Kalben “Dərdimin çiçəyi” haqqında “Gündəlik həyatın bizi içinə atdığı bütün dərdlərin içimizdə çiçək olub açması diləyi ilə oxunan bir isyan mahnısıdır” deyib.
Qeyd edək ki, bu mahnı onun ikinci albomu olan “Sonsuza qədər”də də yerləşdirilib.
Səidə Nurməmmədli
AzNews.az