17 yaşlı qızı fahişəliyə cəlb edən qadın tutuldu

17 Yanvar 2019 16:01 (UTC+04:00)

Samsunda 17 yaşlı qızı fahişəliyə cəlb edən şəxs polislər tərəfindən nəzarətə alınıb.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Samsun Şəhər Polis İdarəsinin Asayiş şöbəsinin Əxlaq bürosunun əməkdaşları 17 yaşlı qıza fahişəlik etdirildiyi xəbəri ilə araşdırmaya başlayıb.

Araşdırma zamanı İlkadım bölgəsinin Derebahçə məhəlləsində bilinən ünvana gedən polislər 32 yaşlı Solmaz K.-nı tutublar.

O, polis idarəsindəki əməliyyatlardan sonra ədliyəyə göndərilib.

Səidə Nurməmmədli

AzNews.az