Əsgərimiz iki hərbçi yoldaşını güllələdi - Yenilənib-VİDEO
18 Aprel 2013 12:58 (UTC+04:00)
Azərbaycan Ordusunun iki əsgəri yaralanıb
Hadisə Ağdamda qeydə alınıb.
Ağdam rayonunda Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində ehtiyatsılq nəticəsində yaralanan əsgərlərin vəziyyəti yaxşıdır. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə ötən gün axşam saatlarında baş verib. Hər iki əsgər ayaq nayihəsində yaralanıblar.
***
10:21
Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin əsgəri Səbuhi Osmanlının tabeliyindəki avtomat silahdan açılan atəş onun hərbçi yoldaşları - 1994-cü il təvəllüdlü Elşad Hətəmov və Mövlud Murtuzəliyevə dəyib. Nəticədə güllə yarası alan hər iki əsgər hospitala yerləşdirilib.
İlkin məlumata görə, hadisə əsgərin silahla ehtiyatsız davranması nəticəsində baş verib.
Qeyd edək ki, E. Hətəmov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron, M. Murtuzəliyev isə Zaqatala rayon şöbəsindən həqiqi hərbi xidmətə çağırılıblar. APA