Benqal körfəzində güclü zəlzələ

17 Yanvar 2019 16:53 (UTC+04:00)

Benqal körfəzində, Hindistana məxsus Nikobar adaları yaxınlığında Rixter cədvəli ilə 6 bal gücündə zəlzələ baş verib.

Yeraltı təkanlar 84 kilometr dərinlikdə, arxipelaqın şimal-şərqində qeydə alınıb.

Zəlzələ nəticəsində hər hansı bir fəsadlar barədə məlumat verilməyib.

Sunami təhlükəsinin olmadığı deyilir.(trend.az)

© AzNews.az