Qazaxıstan millisində yeni baş məşqçi

17 Yanvar 2019 17:36 (UTC+04:00)

Yığma çexiyalı Mixel Bilekə həvalə olunub. Bilek bu postda Stanimir Stoylovu əvəzləyib. 54 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Mixel Bilek son olaraq ölkəsinin "Zlin" klubunda işləyib. O, həmçinin 2009 - 2013-cü illərdə Çexiya millisinə rəhbərlik edib. Komanda Bilekin rəhbərliyi altında 2012-ci ildə Avropa çempionatının 1/4 finalına kimi yüksəlib və bu mərhələdə Portuqaliyaya 0:1 hesabı ilə məğlub olub.(report.az)

© AzNews.az