"Qalatasaray" müdafiəçisini Almaniya klubuna satdı

17 Yanvar 2019 19:08 (UTC+04:00)

Türkiyənin "Qalatasaray" klubu futbolçusu Ozan Kabakı Almaniyanın "Ştutqart" komandasına satıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, Almaniya təmsilçisi 19 yaşlı müdafiəçinin transferi üçün 11 milyon avro ödəyəcək.

Qeyd edək ki, O.Kabak "Qalatasaray" klubunun yetirməsidir. (report)

AzNews.az