Hava ilə bağlı qərargahdan - SON MƏLUMAT

17 Yanvar 2019 19:28 (UTC+04:00)

Hazırda əsasən bu prosesin ən kəskin dövrü müşahidə olunmaqdadır.

Belə ki, 17 yanvar saat 17:00-a olan məlumata əsasən Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti Pirallahıda 30 m/s, Bakı, Sumqayıt, Maştağa, Biləcəridə 40 m/s-dək şiddətlənib.

Dalğanın maksimal hündürlüyü açıq dənizdə 7,9 metr təşkil edir.
Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur, dağlıq və dağətəyi rayonlarda qar yağır.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcə isti təşkil edir.

AzNews.az