Bakı-Sumqayıt elektrik qatarında sürət həddi endirildi

17 Yanvar 2019 21:44 (UTC+04:00)

Bakı-Sumqayıt elektrik qatarında sürət həddi endirilib.

Bunu " Report"a "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib.

Onun sözlərinə görə, bu, hava şəraiti ilə əlaqədardır. Məqsəd sərnişinlərin təhlükəsizliyini təmin etməkdir.

AzNews.az