Pentek “Milan”la müqaviləni razılaşdırdı

17 Yanvar 2019 22:40 (UTC+04:00)

Pentek bu mövsümün sonuna qədər həftədə 35 000 avro qazanacaq, növbəti ildə isə - 40 min avro.

Məlumata görə, “Milan”a yalnız “Cenoa” ilə razılaşmaq qalıb.

“Milan” hücumçunu 40 milyon avro dəyərində qiymətləndirir və transfer barədə “Cenoa”ya müraciət edəcək.

“Cenoa” yayda Pentekə görə 4 milyon avro ödəyib. Polşalı hücumçu 13 qol vurub və bombardirlər yarışında yalnız Ronalduya uduzur. (trend)

AzNews.az