Britaniya kraliçasının 97 yaşlı əri avtomobil qəzasına düşdü - FOTO - VİDEO

18 Yanvar 2019 00:23 (UTC+04:00)

Britaniya kraliçası II Yelizavetanın həyat yoldaşı Edinburq hersoqu Filipp avtomobil qəzasına düşüb.

Bu barədə “The Telegraph”ın yaydığı məlumatda deyilir.

Bildirilir ki, 97 yaşlı Filippin idarə etdiyi maşın qarşıdan gələn avtomobillə toqquşduqdan sonra çevrilib.

Hadisənin təfərrüatı açıqlanmır. Qəza nəticəsində xəsarət alan olmayıb. (oxu.az)

AzNews.az