Rusiyadan deportasiya edilən ukraynalı jurnalist həbs edildi

18 Yanvar 2019 09:18 (UTC+04:00)

Rusiyadan deportasiya edilən ukraynalı jurnalist Yelena Boyko məhkəmənin qərarı ilə 2 aylıq həbs edilərək Lvov şəhərində təcridxanaya göndərilib.

AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu haqda informasiya Ukrayna Təhlükəsizlik Xidmətinin Lvov vilayəti üzrə idarəsinin Facebook səhifəsində yayılıb:

"Ukrayna əleyhinə təbliğat aparan Yelena Boyko haqqında 60 günlük həbs qərarı çıxıb".

Xatırladaq ki, ukraynalı jurnalist Yelena Vişur (Boyko) yanvarın 16-da Rusiyadan Ukraynaya deportasiya edilib. Ona həm də Rusiya Federasiyasının ərazisində qeyri-qanuni yaşadığına görə cərimə kəsilib.

Ukrayna Təhlükəsizlik Xidməti jurnalisti Ukraynanın ərazi bütövlüyünə qarşı çıxmaqda günahlandırır.

Boyko Rusiya televiziyalarında yayımlanan tok-şoularda Ukrayna hakimiyyətini kəskin tənqid edirmiş.

Jurnalist həbs edilməsi olayının sifariş xarakterli olduğunu deyib.

Babək Göyüş

AzNews.az