Rusiyadakı partlayışı İŞİD törədib

18 Yanvar 2019 09:32 (UTC+04:00)

İŞİD terror təşkilatı Rusiyanın Maqnitoqorsk şəhərində çoxmərtəbəli yaşayış binasında baş verən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə terror təşkilatı tərəfindən buraxılan qəzetlərdən birində məlumat yayılıb.

Məsələyə rəsmi şərh hələ də bildirilməyib.

Xatırladaq ki, dekabrın 31-də onmərtəbəli binada baş verən partlayış nəticəsində 39 nəfər dünyasını dəyişib.

Fəridə Abdulla

AzNews.az