13 yaşında öz şirkətini qurub

18 Yanvar 2019 10:22 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadla xəbər verir ki, 13 yaşlı şotlandiyalı Liv Conlon məktəbdə oxuduğu zaman pul qazanmaq üçün yollar axtarmağa başlayıb. Onun planlarını eşidən müəllimləri hər zaman ona qarşı çıxmağa çalışsa da bacarmayıb. Liv Conlon Çindən aldığı məhsulları öz ölkəsində sataraq 6400 dollar gəlir əldə edib.

Uğurlarına görə məktəbdə sevilməyən Liv Conlon 16 yaşında məktəbdən çıxaraq pul qazanmaq üçün yeni yollar axtarıb. Gənc qız 19 yaşında heç kimdən maliyyə dəstəyi almadan boş evləri dizayn edən yeni şirkət yaratmaq qərarına gəlib. Daha sonra isə “The Property Stagers” adlı şirkətini qurub.

Gənc qız şirkətini qurduğu ilk ildə 38 min dollar, ikinci ildə isə 1 milyon dollar gəlir əldə edib.

Gənc qız “Həyatım boyunca tək hərəkət etmək, özümə aid şirkət qurmaq istədim, hətta 8 yaşımda da. Məktəbdən həmişə tənqid və təhqirlərə məruz qaldım. Bir müddət sonra dayanmadım və çıxdım məktəbdən. Xəyal etdiyim kimi şirkətimi qurdum. İndi düşünürəm ki, məruz qaldığım təhqir və tənqidlər məni bu qədər güclü etdi” deyib.

Nigar CƏFƏR

AzNews.az