33 yaşlı kişi canına qıydı

18 Yanvar 2019 10:17 (UTC+04:00)

Yanvarın 17-də Saray qəsəbəsində yaşayan 33 yaşlı kişi özünü öldürüb. Belə ki, qəsəbənin M.Hüseynzadə küçəsində həyət evində yaşayan 1985-ci il təvəllüdlü Muxtarov Cavad Tapdıq oğlu özünü həyətində yerləşən anbarda asaraq öldürüb.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.(qafqazinfo.az)

© AzNews.az