Dəniz özüllərində vəziyyət stabildir - SOCAR

18 Yanvar 2019 10:59 (UTC+04:00)

“Dəniz özüllərimizdə vəziyyət stabildir”

Bu barədə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) sosial şəbəkədə məlumat yayıb.

Bildirilib ki, hava şəraiti tədricən normallaşır: “Daha əvvəl təxliyyə edilmiş həmkarlar günün ikinci yarısından etibarən özüllərə qayıtmağa başlayacaq və fəaliyyətlərini adi qaydada davam etdirəcəklər”.

Qeyd edək ki, bu gecə dəniz özüllərində qasırğanın şiddəti 144 km/saat (40 m/saniyə) həddinə yüksəlib, bəzi yerlərdə dalğanın hündürlüyü 10 metrdən çox olub.

© AzNews.az