Tanınmış vəkilin qızı hakim qarşısında - Dələduzluq maddəsi ilə

18 Yanvar 2019 11:19 (UTC+04:00)

Tanınmış vəkil Əfsər Talıbovun qızı, dələduzluq maddəsi ilə təqsirli bilinən Cəlalə Talıbova Ali Məhkəməyə müraciət edib.

AzNews.az-ın məlumatına görə, cinayət məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən Talıbova Cəlalə Əfsər qızının məhkəmə prosesi mart ayının 12-də hakim Gülzar Rzayevanın sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, cinayət işində 8 nəfər şəxs zərərçəkən qismində tanınıb.

İstintaq materiallarından məlum olur ki, 2014-cü ildə Çin vətəndaşı olan şəxslər tərəfindən Bakıda yaradılan «Tieus” MMC (indiki adı «Qren Lait») şirkəti işə qəbul barədə elan verib. Ofisidə Rəşid Behbudov küçəsi-53-də yerləşib. Müraciət edən vətəndaşlara özlərini ofisin rəhbəri kimi təqdim edən Əkbər Həşimov və menecer Cəlalə Əfsər qızı Talıbova qəbul edib, təklif edilən iş barədə ətraflı məlumat veriblər, hərtərəfli inandırıblar. Sonra da müqavilə bağlayıblar.

Həmçinin bildiriblər ki, əgər şirkətdə açılmış şəxsi hesabınıza öz vəsaitinizi yatırsanız, daha çox divident alacaqsınız. Həmçinin bunun müqabilində də yüksək məvacib alacaqsız.

Beləliklə, zərərçəkənlər Cəlalə Talıbovaya hissə-hissə pul ödəyiblər. Lakin vəd olunan müddətdə maaş yazmayıblar. Aldanan şəxslər onlardan verdikləri pulları geri tələb etdikdə isə C.Talıbaova müxtəlif bəhanələrlə imtina edib.

Cəlaləyə bu dələduzluğu həyata keçirməsində onun 3 saylı Hüquq Məsləhətxanasında vəkil işləyən bacısı Talıbova Könül, yuxarıda adı çəkilən MMC-də çalışan Leyla adlı xanım, Ruslan və ya Rüstəm adlı sürücü köməklik göstərib. Hətta Cəlalənin anası Mərziyyə və xalası Esmira da Cəlalənin borclu olduğu pulların qaytarılmasına söz veriblər.

Belə olan vəziyyətdə zərərçəkənlər Cəlalə Talıbovanın dələduzluq cinayətinə görə Polis İdarəsinə ərizə ilə müraciət ediblər. RPİ-də Cəlalə Talıbova haqqında cinayət işi qaldırılıb. Bu zaman vəkil işləyən atası Əfsər Talıbov Cəlalənin dələduzluq əməlinin mülki iş kimi (borc) sənədləşdirilməsi üçün pulun tezliklə ödəniləcəyi vədi ilə danışığa gəlib. O, həmçinin xahiş edib ki, bu məsələdə onun vəkil işləyən digər qızı Könül Talıbovanın adını hallanmasın. Sonradan məlum olub ki, Əfsər Talıbov da vaxtı ilə dələduzluq üstündə 4 il azadlıqdan məhrum olunub və bu yaxınlarda da dələduzluq əməllərinə görə vəkillik mandatından məhrum edilib.

C.Talıbovaya işin idarə olunmasında həm də çinli şərikləri Emisiya, Format, Nadya, Barbaros adlı xanımlar köməklik göstərib.

Azər
AzNews.az