Səkidə kişi meyiti tapıldı

18 Yanvar 2019 11:25 (UTC+04:00)

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Aydın şəhərində səkidə bir kişinin hərəkətsiz yatdığını görən sakinlər polisə xəbər verib.

Hadisə yerinə polis və təcili tibbi yardım maşınları gəlib. Başında yara izlərinə rast gəlinən şəxsin həyatını itirdiyi məlum olub.

Meyitin 23 yaşlı Seyid Samed Han adlı şəxsə aid olduğu məlum olub.

Nigar CƏFƏR

AzNews.az