Zahid Sabirabadlının evi satılmayacaq - 13 min manat ödənildi

18 Yanvar 2019 11:29 (UTC+04:00)

Mərhum klarnet ifaçısı Zahid Sabirabadlının evinin kredit borcu bağlanıb.

AzNews.az xəbər verir ki, bu barədə mərhumun həyat yoldaşı məlumat verib. O, həyat yoldaşından qalan evin satılmaması üçün maddi vəsaitin toplanması kompaniyasında iştirak edən hər kəsə təşəkkür edib:

“Hamıya təşəkkür edirəm. Evin pulu tamamlandı. Bu məsələdə kimin rolu varsa, çox sağ olsun”.

Qeyd edək ki, mərhum klarnet ifaçısı Zahid Sabirabadlının ipoteka krediti ilə banka 13 min manat borcu vardı. Bank bu məbləğin ödənilməsi üçün ailəyə bir ay vaxt vermişdi.

Bahar RÜSTƏMLİ
AzNews.az