Təxirə salınan dərs günləri tətildən çıxılmayacaq

18 Yanvar 2019 12:35 (UTC+04:00)

Azərbaycanda hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar təxirə salınan dərs günlərinin məktəblilərin tətil günlərindən çıxılması nəzərdə tutulmur.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Xatırladaq ki, təhsil naziri Ceyhun Bayramovun “Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmrinə əsasən, 17-18 yanvar tarixlərində bütün təhsil müəssisələrində dərslər və tədrislə bağlı tədbirlər təxirə salınıb.

Məktəblilərin qış tətili yanvarın 27-də başlayacaq və 31-dək davam edəcək.

© AzNews.az