İrem Dericidən üzüklü paylaşım

18 Yanvar 2019 12:52 (UTC+04:00)

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İrem Derici yaxın günlərdə youtuber Gökçe Yıldırımla sevgilisi Ataber Özdeni ayırdığı iddiaları ilə gündəmə gəlib.

Ataberk Özden ilə sevgili olan İrem izləyicilərinin sərt reaksiyaları ilə üzləşib. Bunun ardından müğənni İnstagram profilində “Çünki insanların böyük əksəriyyəti iyrəncdir. İki dənə gözəl şəklini paylaşarsan, sənin yumşaq ürəyinə və zeytun gözlərinə vurularlar. Tək-tək gəlməyin, 3-5 gəlin. Tək-tək sizinlə məşğul olmaq sıxıcıdır” sözlərini paylaşıb.

Müğənninin paylaşdığı şəkildə barmağındaki üzük hər kəsin diqqətini çəkib. İrem Dericinin Ataberk Özden ilə evlilik iddaları ortaya atılıb.

Nigar CƏFƏR

AzNews.az