Havalar istiləşəcək

18 Yanvar 2019 13:02 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə, hazırda respublikanın bəzi yerlərində yağıntılı hava müşahidə olunur. Dağlıq rayonlarda qar yağır.

Ölkə ərazisində yağıntının gündüz saatlarından tədricən kəsiləcəyi, şimal-qərb küləyinin mülayimləşəcəyi gözlənilir.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 2-4, bölgələrdə 4-7 dərəcə isti, dağlıq ərazilərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək.

Səidə Nurməmmədli
AzNews.az