Zurabişvili ilk rəsmi səfərini Brüsselə edəcək

18 Yanvar 2019 13:03 (UTC+04:00)

Gürcüstan Prezidenti Salome Zurabişvili dövlət başçısı vəzifəsində ilk rəsmi səfərini Brüsselə edəcək.

Yanvarın 21-də başlayacaq səfər çərçivəsində onun Avropa İttifaqı və NATO-nun yüksək səviyyəli rəsmi şəxsləri ilə görüşləri planlaşdırılıb.

S.Zurabişvilinin Brüsselə səfəri yanvarın 23-də başa çatacaq.(report.az)

© AzNews.az