Hindistan kosmosa robot göndərir

18 Yanvar 2019 13:24 (UTC+04:00)

Hindistanın Kosmik Tədqiqatlar Təşkilatı digər ölkələr kimi kosmosa ilk olaraq heyvan göndərməyəcək.

Təşkilat uçuş üçün android-robot hazırlayır.

Qeyd olunur ki, Hindistan istehsalı olan bu robot demək olar ki, hazırdır və yaxın zamanlarda sınaqlar başlayacaq.

Robotun 2020-ci ilin sonunda və 2021-ci ilin iyulunda kosmosa göndəriləcəyi nəzərdə tutulub.

Bu uçuşların uğurlu olacağı təqdirdə Hindistan 2021-ci ilin dekabrında pilotlu uçuş keçirə bilər.(trend.az)

AzNews.az