Çantadan 400 manat aparan cibgir qadınlar saxlanıldı

18 Yanvar 2019 13:42 (UTC+04:00)

Bakıda qadına qarşı cinayət törədilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Nizami RPİ 24-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 10-da paytaxt sakini olan bir qadının çantasından 400 manat və sənəd oğurlamaqda şübhəli bilinən Şamaxı rayon sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş T.Məmmədova və Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş N.Ağaməmmədova saxlanılıb.

AzNews.az