Baş prokuror Netanyahunun tələbini rədd etdi

18 Yanvar 2019 13:57 (UTC+04:00)

İsrail baş prokuroru Avicai Mandelblit baş nazir Binyamin Netanyahu haqqında korrupsiya və rüşvət ittihamları ilə bağlı qərarın seçkilərdən sonraya saxlanması tələbini rədd edib.

Baş prokuror Binyamin Netanyahunun vəkilinin bu təklifinə yazılı cavab verib.

Baş prokuror cavabındı qeyd edib ki, baş nazirlə əlaqəli araşdırmalar növbədənkənar seçkilər haqqında qərar verilməzdən öncə başlayıb və planlandığı şəkildə davam etdiriləcək.(teleqraf.com)

© AzNews.az