Brüsseldə körpü uçdu

18 Yanvar 2019 14:05 (UTC+04:00)

Belçikanın Brüssel şəhərində Villebruk kanalı üzərindən keçən körpü çöküb.

Bu haqda Reuters məlumat yayıb.

Məlumata əsasən, qəza ilə əlaqədar paytaxt Brüssellə Antverpen şəhərinin əsas yükdaşıma marşrutu olan Villebruk kanalında nəqliyyatın hərəkəti şənbə gününə kimi dayandırılıb.

Hadisə nəticəsində xoşbəxtlikdən heç kim xəsarət almayıb.

Qəzanın səbəbi araşdırılır.(oxu.az)

© AzNews.az