UEFA Avropanın ən varlı klubunun adını açıqladı

18 Yanvar 2019 14:52 (UTC+04:00)

Avropa futbol assosiasiyaları ittifaqı (UEFA) klubların maliyyə durumu haqqında məlumatları açıqlayıb.

AzNews.az Reuters UK-ə istinadən xəbər verir ki, 2017-ci il üzrə aparılan hesabatlara əsasən siyahının lideri İngiltərənin "Mançester Yunayted" (Manchester United) klubudur.

Qırmızı şeytanlar 676 milyon avro gəlir əldə edib.

Siyahının ikincisi Real Madrid, üçüncüsü Münhenin Bavariya klubudur.

Təkcə İngiltərə premyer-liqasının 20 klubu Avropanın ümumi klublarının gəlirinin dördə bir hissəsini təşkil edir - 5,3 milyard avro.

Fəridə Abdulla

AzNews.az