9 it qadına hücum etdi - başını parçaladı

18 Yanvar 2019 14:56 (UTC+04:00)

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 56 yaşlı Sebahat Karaman qızını evlərinin 500 metr uzaqlığında məktəbə yola salıb evə qayıdarkən 9 itin hücumuna məruz qalıb. İtlər onun paltarını parçalayaraq, bədəninin bir çox yerini dişləyib.

Həkimlərin verdiyi məlumata görə, itlər Sebahat Karamanın baş dərisinin böyük hissəsini parçalayıb, bir çox hissəsini də dişləyib. Qadın Ahi Evran Universitetinin Təhsil və Araşdırma xəstəxanasına yerləşdirilib.

Burada edilən müdaxilələrdən sonra Konyadakı Necmettin Erbakan Üniversitetinin Meram Tibb fakültəsinin xəstəxanasına göndərilib.

Nigar CƏFƏR

AzNews.az