Erməni hərbçilər qəzaya düşdü - Ölən var

18 Yanvar 2019 15:51 (UTC+04:00)

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən düşmən ordusunun bölmələrində avtoqəzalar nəticəsində ölən və yaralananların sayı artmaqdadır.

Madagiz yaşayış məntəqəsində yerləşdirilən artilleriya divizionunda xidmət edən iki zabitin olduğu avtomobil qəzaya uğrayıb. Hərbi polisin polkovnik Yengibaryana məruzəsində deyilir ki, zabit idarə etdiyi avtomobillər sürət həddini aşdığından idarəetməni itirib və yaşayış məntəqəsinin girəcəyində yol kənarındakı elektrik dirəyinə çırpılıb.

Hadisə nəticəsində hər iki zabit ağır bədən xəsarətləri alıb. Onlardan biri yolda ölüb, digəri isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb və hərbi polis tərəfindən araşdırma aparılır.(AZƏRTAC)

© AzNews.az