ABŞ kosmosda raket əleyhinə müdafiə sistemi yaradır

18 Yanvar 2019 16:22 (UTC+04:00)

ABŞ 2020-ci illərin ikinci yarısında orbitdə raket əleyhinə müdafiə sistemi yaratmağı planlaşdırır.

Bu barədə Pentaqon rəhbərinin siyasi məsələləri üzrə müavini Con Rud məlumat yayıb.

Onun sözlərinə görə, orbitdə raket əleyhinə müdafiə sistemi 2021-2022-ci illərdə sınaqdan keçiriləcək.

ABŞ-ın bu sisteminin Rusiya və Çinin hipersəsli silah təhdidinə qarşı durmağa imkan verəcəyi bildirilir.

Qeyd edək ki, ABŞ daha əvvəl Rusiyanın hipersəsli silahını təhlükə adlandırmışdı.(teleqraf.com)

© AzNews.az