Prezidentin sərəncamı ilə keçən il 607 məhkum əfv olunub - Rəsmi

18 Yanvar 2019 17:40 (UTC+04:00)

Bu il mayın 24-də 634 məhkumun, o cümlədən azadlıqdan məhrum etmə cəzasını çəkən 607 məhkumun əfv edilməsi ilə bağlı Prezidentin sərəncamı vaxtında icra edilib.

AzNews.az-ın məlumatına görə, bu barədə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsində 2018-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsində Penitensiar Xifmətin rəis müavini, ədliyyə general-mayoru Oqtay Məmmədov deyib.

Rəis müavin bildirib ki, dövlət başçısının təşəbbüsü ilə 20 oktyabr 2017-ci il tarixdə Cinayət Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı qəbul olunmuş Qanunun icrası ilə bağlı 2018-ci il ərzində penitensiar müəssisələrdə cəza çəkən 6011 məhkum barədə müvafiq sənədlər məhkəmələrə təqdim edilib:

"647 məhkum cəza çəkməkdən azad olunub, 2319 məhkumun cəza müddəti azaldılıb, 851 məhkumun cəzaçəkmə rejimi dəyişdirilib".

AzNews.az