Almaniya daha 62 gürcünü deportasiya etdi

18 Yanvar 2019 17:18 (UTC+04:00)

Məlumatı Gürcüstanın “Birinci kanal”ı alman KİV-inə istinadən yayıb.

Məlumata görə, Gürcüstan vətəndaşlarını daşıyan təyyarə Leypsiqdən Tiflisə eniş edib.

Bu şəxslərin hər birinin Berlindən sığınacaq istədiyi vurğulanıb.

Qeyd edək ki, sonuncu dəfə Almaniyadan Gürcüstan vətəndaşları kütləvi şəkildə 2018-ci ilin sentyabrında deportasiya edilib. Sentyabrda deportasiya edilənlərin sayı 65 nəfər olub.(virtualaz.org)

© AzNews.az