İbtidai məktəbdə yanğın - 40 şagird...

18 Yanvar 2019 17:57 (UTC+04:00)

Yanvarın 18-də Yaponiyanın Osaka prefekturasında ibtidai məktəbdə baş verən yanğın nəticəsində 40 şagird dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Kyodo agentliyi xəbər verir ki, yanğınsöndürənlərin bildirdiyinə görə, yanğın məktəbin mətbəxindən başlayıb. Yanğının söndürülməsinə cəmi 10 dəqiqə vaxt sərf edilməsinə baxmayaraq, bir neçə məktəbli özünü yaxşı hiss etmədiyini bildirib.

Yanğının başvermə səbəbləri araşdırılır.(AZƏRTAC)

© AzNews.az