"Zirə" Türkiyədəki ilk yoxlama oyununda qələbə qazandı

18 Yanvar 2019 19:15 (UTC+04:00)

Samir Abasovun baş məşqçilik etdiyi kollektiv Rumıniya "Voluntari"si ilə üz-üzə gəlib. Qarşılaşma "Zirə"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə yeganə qolu 89-cu dəqiqədə Pərdis Fərcad-Azad penaltidən vurub.

Əslində, bu gün rəqib Rumıniyanın digər təmsilçisi "Konkordiya" olmalı idi. Lakin "Konkordiya"nın Antalya toplanışı ləğv olunduğundan "Zirə"nin rəqibi dəyişib.

Komandanın daha əvvəl yanvarın 15-də Qazaxıstan "Taraz"ı ilə nəzərdə tutulan görüşü hava şəraiti səbəbindən baş tutmayıb.

Qeyd edək ki, "Zirə" Antalya toplanışında daha 2 oyun keçirəcək. Qəsəbə təmsilçisi yanvarın 23-də Ukrayna "Vorskla"sı, yanvarın 26-da isə Makedoniya "Şkupi"si ilə qarşılaşacaq. (report)

AzNews.az