İranın rəsmi agentliyi: "Partlayışı Necati Şaşmaz törədib" - FOTO - VİDEO

18 Yanvar 2019 20:13 (UTC+04:00)

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, agentlik 5 ABŞ əsgərinin və 20 nəfərin həlak olduğu Menbicdəki partlayışın səbəbkarı kimi "Kurtlar vadisi" serialındakı Polad Ələmdar rolu ilə məşhurlaşan aktyor Nəcati Şaşmazın fotosunu paylaşıb. Agentlik aktyoru MİT agenti kimi göstərən saxta fotonu gerçəkmiş kimi paylaşaraq PKK-nın yalanına dəstək çıxıb.

PKK-ya dəstək olan bir saxta "Tvitter" səhifəsinin paylaşımına istinadən xəbər yayan agentlik böyük bir qalmaqala səbəb olub.

Bu xəbər "Tvitter" sosial şəbəkəsində izləyicilərin qınağına səbəb olub.

AzNews.az