"Qalatasaray" sabiq futbolçusunu heyətinə qatdı

18 Yanvar 2019 20:38 (UTC+04:00)

Türkiyənin "Qalatasaray" klubu sabiq futbolçusu Semih Kayanı heyətinə qatıb.

Müqavilə ilə Çexiyanın "Sparta" (Praqa) komandasına məxsus olan 28 yaşlı müdafiəçi mövsümün sonuna kimi icarə əsasında İstanbul təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, "Qalatasaray" 2017-ci ildə Semih Kayanı 2 milyon avro qarşılığında "Sparta"ya satıb. (report)

AzNews.az