15 nəfər şaurmadan zəhərləndi

18 Yanvar 2019 21:38 (UTC+04:00)

Rusiyanın Voronej şəhərində şaurma yedikdən sonra 15 nəfər xəstəxanaya yerləşdirilib.

Onlardan 6 nəfərinə salmonelyoz diaqnozu qoyulub.

Onların vəziyyəti orta ağır qiymətləndirilir. Zəhərlənən şəxslərin müalicəsi bir neçə gün də davam etdiriləcək.

Qeyd olunur ki, müştərilər şaurmanı eyni müəssisədən alıb. Hazırda həmin müəssisə ilə bağlı araşdırmalar başlayıb. (trend)

AzNews.az