Polis Bakıda itkin düşən 11 yaşlı uşağı tapdı

18 Yanvar 2019 23:11 (UTC+04:00)

Bakıda bir neçə gün öncə itkin düşən uşaq tapılıb.

Bir neçə gün öncə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu adlanan ərazidə fərdi evdə yaşayan, 2008-ci il təvəllüdlü Hacıyev Hakim Nəvai oğlu naməlum şəraitdə itkin düşüb.

Yanvarın 17-də o, Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Suraxanı rayonu ərazisində aşkarlanaraq ailəsinə təhvil verilib. (trend)

AzNews.az