Boru kəmərində partlayış - 20 ölü, 60 yaralı

19 Yanvar 2019 09:11 (UTC+04:00)

Meksikanın İdalqo ştatında boru kəmərində partlayış baş verib.

TASS informasiya agentliyinə istinadla xəbər verilir ki, bu barədə region qubernatoru Ömər Fayyad “Twitter” səhifəsində məlumat yayıb.

Partlayış nəticəsində 20 nəfərin öldüyü, 60 nəfərin isə yaralandığı bildirilir. (Azərtac)