Liviyada silahlı toqquşma - 13 ölü, 52 yaralı

19 Yanvar 2019 09:54 (UTC+04:00)

Liviyanın paytaxtı Tripoli şəhərində baş verən silahlı toqquşma nəticəsində azı 13 nəfər ölüb, daha 52 nəfər yaralanıb.

RİA "Novosti"yə istinadən xəbər verilir ki, bu barədə Liviya milli razılıq hökumətinin Səhiyyə Nazirliyinin bəyanatında bildirilir.

Nazirlik münaqişə tərəflərini beynəlxalq humanitar hüququ pozmamağa və həkimlərin işinə mane olmamağa çağırıb.

Tripolidə silahlı toqquşmalar üç gündür davam edir. (Report)