Meksikada güclü partlayış nəticəsində yaralıların sayı artdı - VİDEO

19 Yanvar 2019 10:22 (UTC+04:00)

Meksikada boru kəmərinin partlayışı nəticəsində zərərçəkənlərin sayı 71-ə çatıb.

AzNews.az xəbər verir ki, bu barədə Meksikanın Hidalqo ştatının qubernatoru Ömər Fayyad öz tvitter hesabında məlumat yayıb.

Tlauelilpan ərazisində baş verən dəhşətli hadisənin fəsadlarının aradan qaldırılması üçün aidiyyatı qurumlar tədbir görürlər.

Son məlumatlara görə, yaralıların sayı 70 nəfərə çatıb, 20 nəfər həyatını itirib.

Fəridə Abdulla
AzNews.az