Peru və Ekvadorda güclü zəlzələ baş verdi

19 Yanvar 2019 10:11 (UTC+04:00)

Cümə günü PeruEkvador ərazilərində güclü yeraltı təkanlar qeydə alınıb.

"RİA "Novosti"yə istinadən xəbər verilir ki, bu barədə Ekvadorun Geofizika İnstitutu məlumat yayıb.

Peru ilə sərhəddə yerləşən Morona-Santyaqo əyalətində 5,95 maqnituda gücündə yeraltı təkanlar qeydə alınıb. Zəlzələnin episentri 25,5 km dərinlikdə yerləşib.

Eyni zamanda Perunun Geofizika İnstitutu Ekvadorla sərhəd zonasında 5,8 maqnituda gücündə zəlzələnin olduğu barədə məlumat yayıb. Zəlzələnin ocağı 111 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

Daha əvvəl Polşada ölümlə nəticələnən zəlzələ baş verib. (Report)