Acun Ilıcalı onun xəyalını gerçəkləşdirdi

19 Yanvar 2019 10:19 (UTC+04:00)

Acun Ilıcalı tək arzusu “O səs Türkiyə” yarışmasında mahnı oxumaq olan Caneri şəxsi təyyarəsi ilə Hataydan İstanbula aparıb.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, xərçəng xəstəliyi ilə mücadilə edən və tək arzusu “O səs Türkiyə”də mahnı oxumaq olan Caner Güdükün (16) çağırışına Acun Ilıcalıdan cavab gəlib.

Ilıcalı Caner Güdükün xəyalını reallaşdırmaq üçün şəxsi təyyarəsini Hataya göndərib.

Acun Ilıcalının şəxsi təyyarəsi ilə Hataydan İstanbula gedən Caner Güdük arzusunu reallaşdıran məşhur aparıcıya və bütün komandaya təşəkkür edib.

“O səs Türkiyə” səhnəsinə çıxaraq manı oxuyan xərçəng xəstəsi Caner Güdükün iştirak etdiyi verilişin yaxın günlərdə efirə gedəcəyi bildirilib.

Səidə Nurməmmədli
AzNews.az