Amerikalı basketbolçu mənzilində ölü tapıldı

19 Yanvar 2019 10:32 (UTC+04:00)

Fransanın Pro B Liqasında çıxış edən "Nant" klubunun amerikalı müdafiəçisi Cermeyn Marşall öz mənzilində ölü tapılıb.

"Eurohoops"a istinadən xəbər verilir ki, 28 yaşlı basketbolçunun hansı səbəbdən öldüyü hələ məlum deyil.

Hazırda hüquq-mühafizə orqanları basketbolçunun ölümü ilə bağlı istintaq tədbirləri həyata keçirir.

Bildirilir ki, klubun qarşıdan gələn oyunu matəm səbəbindən təxirə salınacaq. (Report)