Ufuk Bayraktar təxliyyə olunan kimi film çəkəcək

19 Yanvar 2019 11:17 (UTC+04:00)

Avtoritet rolu ilə tanınan Ufuk Bayraktar yenə həmin rolla izləyici qarşısına çıxmağa hazırlaşır.

AzNews.az xəbər verir ki, bir müddət əvvəl atasına aid sənədsiz silah daşıdığı üçün həbs olunan Ufuk Bayraktar, azadlığa çıxan kimi həbsxanada yazdığı filmin çəkilişlərinə başlayacaq.

Ufuk Bayraktarın qardaşı Uğur Bayraktar film haqqında danışıb:

"Ufuk 3 ya da 5 martda azadlığa çıxacaq. Filmlə bağlı əsas mövzunu orda yazıb bizə verdi. Ssenariləşdirmə işləri davam edir. Filmin açılışını onun həbsdən çıxmaq görüntüsü ilə vermək istəyirik. İcazə üçün nazirliklə yazışırıq".

Pərvanə Ağazadə
AzNews.az