Sərnişin daşıyan avtobus aşdı, yaralılar var - İstanbulda

19 Yanvar 2019 11:22 (UTC+04:00)

İstanbulda sərnişin daşıyan avtobus aşıb.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Şimal Marmara maşın yolunda sərnişin daşıyan avtobusun aşması nəticəsində 40 nəfərdən 6-sı yaralanıb.

Yaralılar xəstəxanaya aparılıb.

Nigar CƏFƏR
AzNews.az