Ana və əlil oğlu yanğında həyatını itirdi...

19 Yanvar 2019 11:33 (UTC+04:00)

Kütahyanın Simav bölgəsindəki bir evdə baş verən yanğında ana və qüsurlu oğlu həyatını itirib.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, əldə olunan məlumata görə dünən axşam saat 18:30 radələrində Kalkan kəndi Özdərə məhəlləsində Mehmet İşlekə(68) məxsus evdə sobadan qaynaqlandığı təxmin olunan yanğın hadisəsi baş verib.

Alovların bürüdüyü evdə olan qüsurlu Halil İşlek(30) ilə anası Havva İşlük (67) həyatını itirib, digər qüsurlu Dilek İşlek(35) isə evdən ətrafdakılar tərəfindən xilas edilib. Havva İşlek və Halil İşlekin cənazələri 112 komandalarının tərəfindən Simav Doç Dr. İsmail Karakuyu Dövlət xəstəxanasına aparılıb.

Yanğın hadisə yerinə gələn yanğınsöndürmə komandası tərəfindən söndürülərkən polis qrupları hadisə ilə əlaqəli araşdırmaya başlayıb.

Səidə Nurməmmədli
AzNews.az