Əsgər aparmadılar, özünü balkondan atmaq istədi

19 Yanvar 2019 12:22 (UTC+04:00)

Türkiyənin Kastamonu şəhərində gənc oğlan əsgər gedə bilmədiyi üçün intihara cəhd edib.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Kastamonu şəhərində 5 mərtəbəli binanın 4-cü mərtəbəsində yaşayan E.K intihara cəhd edib. Buna səbəb isə onun psixoloji müalicə aldığı üçün hərbi xidmətə gedə bilməməsidir.

Hadisə yerinə gələn polislər uzun çəkən söhbətlərdən sonra onu fikrindən daşındıra biliblər. Gənc oğlan verdiyi izahatda “Əsgərliyə getmək istəyirəm. Müalicə alıram deyə əsgərliyə aparmırlar məni. Əsgər gedə bilmədim deyə intihar etmək istədim” deyib.

Nigar CƏFƏR
AzNews.az