Silahlı Qüvvələrin Baş qərargah rəisi açıqlama verdi
18 Aprel 2013 10:55 (UTC+04:00)
İran ölkədən kənara silah-sursat və əsgər göndərmir.
Bunu İran Silahlı Qüvvələrinin Baş qərargah rəisi general Seyid Həsən Firuzabadi ölkəsinin Suriyaya silah-sursat və əsgər göndərməsi ilə bağlı Qərb mətbuatında yayımlanan məlumatlara münasibət bildirərkən deyib. Trend-in məlumatına görə, bu barədə İSNA agentliyi məlumat verir.
"İran ölkədən kənara silah-sursat və əsgər göndərmir, bizim onlara dəstəyimiz siyasi, elmi və formal xarakterlidir", - Firuzabadi Tehranda Silahlı Qüvvələr Günü münasibəti ilə keçirilən paradda jurnalistlərə bildirib.
O deyib ki, biz təkcə İranın deyil, həm də bütün bölgənin təhlükəsizliyini təmin etmək iqtidarındayıq.
AzNews.az