2 ayın gəlini yol qəzasının qurbanı oldu...

19 Yanvar 2019 13:03 (UTC+04:00)

Bakıda ölümlə nəticələn ağır yol nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən AzNews.az-a verilən məlumata görə, yanvarın 18-də saat 19:00 radələrində Səbail rayonunun Parlament prospektində Bakı şəhər sakini Sabir Talıblı idarə etdiyi 99 BO 702 dövlət qeydiyyat nişanlı “Mazda” markalı avtomobillə piyada keçidindən yolu keçən Cəbrayıl rayon sakini Lalə Sadayzadəni vurub. Mərkəzi Klinikanın təcili tibbi yardım xidməti hadisə yerinə çatanda piyada qızın keçindiyini görüb.

Məlumata görə ölən şəxs elə həmin xəstəxananın tələbə praktikantı olub. Mərhum qız 2 ay öncə ailə qurubmuş.

Səbail RPİ tərəfindən araşdırma aparılır.

Azər
AzNews.az